Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yandı

Qəbələdə avtomobil təmiri sexi və içərisindəki minik maşını yandı

Qəbələ rayonunun Nic qəsəbəsində ümumi sahəsi 150 m² olan avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə, içərisində "ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sexin və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mənbə: virtualaz.org