Boz qurd qətliamı: “Canlıdır” demədən öldürdülər – Qorxunc durum

Boz qurd qətliamı: “Canlıdır” demədən öldürdülər – Qorxunc durum

ABŞ-ın Viskonsin ştatında ov mövsümündə gündəlik ov limitlərinə riayət etməyən ovçular 60 saatda 216 boz qurd öldürüblər.

Teleqraf.com xəbər verir ki, heyvan haqları qurumları baş verənlərə kəskin etiraz edib.

Keçən həftə Amerikanın Viskonsin ştatında başlayan canavar ovu mövsümündə ov həddi keçilib. Limitə riayət etməyən ovçular 60 saatda 216 boz qurd öldürüb. Ovçuların müəyyən edilmiş kvotanın 82 faizdən çoxunu keçdiyi bildirilib.

Bu səbəbdən bir həftə davam etməsi planlaşdırılan ov mövsümü 4 gün əvvəl bitirilib.
Viskonsik Təbii Sərvətlər Departamenti öldürülən boz qurd sayından təəccübləndiklərini və bu səbəblə ov mövsümünü erkən başa vurduqlarını açıqlayıb.

Ov qaydalarına görə, canavar populyasiyasını sabit saxlamaq üçün ümumilikdə 200 canavarın ovlanmasına icazə var. Lakin yerli Amerika qəbilələri hər il 81 kvota tələb edir. Qəbilələr qurdları müqəddəs hesab etdikləri üçün öldürmək əvəzinə onları qoruyurlar.

Mənbə: teleqraf.com