Bu Avropa ölkəsi qarışdı: saxlanılanlar var

Bu Avropa ölkəsi qarışdı: saxlanılanlar var

İsveçin paytaxtı Stokholmda COVID-19-la bağlı tətbiq edilən karantin rejimi qaydalarına qarşı etiraz aksiyası keçirilib.

KONKRET.az xəbər verir ki, yüzlərlə aksiya iştirakçısı insanların azadlıqlarının əllərindən alındığını iddia edib.

 

Peyvəndlərə qarşı şüarlar səsləndirən etirazçılar hökumətin mənbəyi bəlli olmayan vaksinləri insanlar üzərində sınaqdan keçirdiyini bildiriblər.

Aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma da yaşanıb. Nəticədə 15 nəfər polis tərəfindən saxlanılıb.

Mənbə: konkret.az