Polşada sərnişin avtobusu qəzaya uğrayıb: 5 ölü, 40 yaralı

Polşada Poznan - Xerson reysini həyata keçirən avtobus qəzaya uğrayıb.

Trend-in "Reuters"ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər həlak olub, 40 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan 14-nün vəziyyəti ağırdır.

Məlumata əsasən, avtobusda 57 sərnişin olub və onlar Ukrayna vətəndaşları olub.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

"Beşiktaş" liderliyə yüksəldi

SONRAKI XƏBƏR

Peyvənd bir aya təsirini göstərir? - AÇIQLAMA