Göyçayda 3 nəfər zəhərlənib

Göyçayda 3 nəfər zəhərlənib

Göyçay rayonunda zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün rayonun Hacıağabəyli kənd sakinləri, 1987-ci il təvəllüdlü Quliyev Rahib Telman oğlu və 2000-ci il təvəllüdlü Şahbazov Əmrah Vüqar oğlu, Məlikkənd kənd sakini, 1971-ci il təvəllüdlü Əliyeva Qızılgül İdris qızı zəhərləndiyi üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların spirtli içki və dərmandan zəhərləndiyi ehtimal olunur.

Hazırda onların hər biri həkim nəzarətindədir.

Mənbə: apa.az