Lənkəranda fərdi yaşayış evi yanıb

Lənkəran rayonunda fərdi yaşayış evində yanğın olub.

Bizimyol.info xəbər veir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Rayonun Şilim kəndində ümumi sahəsi 140 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının, mətbəxinin, aynabəndinin yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bizimyol.info

ƏVVƏLKİ XƏBƏR

Cüdo komandamız “Böyük dəbilqə”də 15-ci yerdədir

SONRAKI XƏBƏR

Paris polisi sakinlərin Sena çayının sahilində istirahətinə icazə verməyib