Bakıda başına dəmir düşməsi nəticəsində ölən qadının kimliyi məlum oldu - YENİLƏNİB + VİDEO

Bakıda bədbəxt hadisə nəticəsinə vəfat edən qadının kimliyi müəyyənləşib.

"Report"un xəbərinə görə, metronun "28 May" stansiyasının qarşısında başına dəmir parçası düşərək ölən qadın - 1987-ci il təvəllüdlü Namətova Şəfəq Məhərrəm qızıdır.

Onun Abşeron rayonu, Xırdalan şəhəri, "Quşçuluq" massivində yaşadığı bildirilir.

Qeyd edək ki, hadisə bu gün günorta saatlarında baş verib. Yolun kənarı ilə hərəkət edən qadının başına dəmir parçası düşüb. Nəticədə o, hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

13:17

Bakıda 28 May metrostansiyası yaxınlığında bədbəxt hadisə baş verib.

Real TV xəbər verir ki, qadının başının üzərinə dəmir düşüb. Nəticədə həmin qadın hadisə yerinə keçinib.

Qeyd edək ki, ətrafda tikinti prosesi gedir. Ehtimal olunur ki, dəmir parçası qadının üzərinə həmin istiqamətdən düşüb.

Havanın küləkli olması da buna şərait yaradıb.

 

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Mingəçevirdə təcili yardım maşını qəzaya düşüb

SONRAKI XƏBƏR

Xaçmazda dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb