Suriyada partlayış oldu - 18 ölü

Suriyada partlayış oldu - 18 ölü

Suriyanın Xama əyalətində yol kənarına basdırılmış iki minanın partlayışı nəticəsində azı 18 dinc sakin həlak olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, iki avtobus minalara düşərək partlayıb. Hadisə zamanı həmçinin bir neçə nəfər ağır yaralanıb. İlkin məlumata görə, minalar yola İŞİD terror qruplaşmasının üzvləri tərəfindən qoyulub.

Mənbə: www.unikal.org