Cem Yılmazın evində yanğın baş verdi

Cem Yılmazın evində yanğın baş verdi

Türkiyənin tanınmış gülüş ustası Cem Yılmazın evində yanğın olub.

PİA.az xəbər verir ki, hadisə məşhurun Leventdəki evində baş verib.

Əraziyə yanğınsöndürmə xidmətinin əməkdaşlarının cəlb olunduğu bildirilib. Qısa müddət ərzində yanğın nəzarət altına alınıb.

Hadisənin baş vermə səbəbləri hələ ki açıqlanmayıb.

 

Mənbə: pia.az