Fransada bomba həyəcanı - Minlərlə insan təxliyə edildi

Fransanın Lion şəhərinin Vez məhəlləsinin sakinləri İkinci Dünya müharibəsindən qalan hava bombasını zərərsizləşdirmək əməliyyatı zamanı evakuasiya edilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə "France 3" dövlət telekanalının regional bölməsi bildirib.

Məlumata əsasən, tələbə yataqxanasının inşası zamanı 150 kq-dan çox partlayıcı maddə olan bomba tapılıb. Sapyorlar partlayıcı maddəni bombadan çıxardıqdan sonra bildiriblər ki, o daşınma zamanı təhlükəli ola bilər.

Bununla əlaqədar olaraq, şəhər hakimiyyəti məhəllə sakinlərinin hamısının müvəqqəti olaraq təxliyə edilməsinə qərar verdi.

Meriya sakinləri beş idman zalında yerləşdirib.

Pia.az

ƏVVƏLKİ XƏBƏR

“Liverpul” İngiltərə Premyer Liqasının ev oyununda 6-cı dəfə məğlub oldu

SONRAKI XƏBƏR

İslandiyada ilk qaradərili miqrantın heykəli ucaldılacaq