Beyləqanda avtomobil velosipedçini vuraraq öldürüb

Beyləqanda avtomobil velosipedçini vuraraq öldürüb

Beyləqan rayonunda yol qəzası olub.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 6-sı saat 17 radələrində rayonun Yi Mil qəsəbəsi ərazisində rayon sakini V.Cavadlı idarə etdiyi “Toyota” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Qəhrəmanlı qəsəbə sakini Z.Novruzovu vurub.

Nəticədə velosipedçi xəsarətlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mənbə: femida.az