Bazarlarda ölüm təhlükəsi saçan balıqlar satılır

Bazarlarda ölüm təhlükəsi saçan balıqlar satılır

Dənizkənarı qəsəbələrdə əhali əksər hallarda balıqçılıqla məşğul olur. Bakının Novxanı, Hövsan, Zağulba və başqa qəsəbələrinin sahillərində balıqçı qayıqlarına, balıq torlarına, balıqçı “koma”larına rast gəlinir.

Bir müddət əvvəl qəsəbələrdə reportaj hazırlayan zaman Bizimyol.info-nun əməkdaşı sahildə balığın kustar üsulla hisə verilməsi prosinə şahid olub.

Sahildə yaşayan ailə əməkdaşımıza bildirib ki, balığın hisə verilməsi bir neçə günə başa gəlir.

Hazır məhsul isə heç bazara yol tapmadan kənd sakinləri tərəfindən alınır.

Qəsəbə sakini deyir ki, bu günə qədər onların hazırladıqları balıqdan heç kim zəhərlənməyib.

“ Biz balığı xüsusi üsulla hazırlayırıq. Özümüz də yeyirik. Nəsə olsa, birinci bizə olar”-deyən balıqçı bildirib ki, onların bu fəaliyyəti heç kimi narahat etməyib.

Ancaq sahilin çirkli olması, bir kənarda məişət tullantılarının qalaqlanması, havadan gələn üfunət qoxusu və avtomobil şinlərinin yığılması bu ərazilərin insan sağlamlığı üçün təhlükəli olduğunu bir daha sübut edir.

Qida eksperti Firidun Quliyevin sözlərinə görə, təkər yandıraraq onun hisi ilə balıq hazırlamaq sağlamlıq üçün təhlükəlidir.

Çünki hislənmənin dozası, tempraturu və müxtəlif formaları var.

“Hislənmə prosinin texnologiyası müxtəlif oldudğuna görə, hisə verilmiş balığın da keyfiyyəti müxtəlif olur. İstər balıq olsun, istər ət hisə verilən zaman tələb edilən hədd olmadıqda məhsulun keyfiyyəti aşağı olur. His çox verildikdə qida sağlamlıq üçün təhlükəli olur. Hisin tərkibi karbon qazıdır”-deyə o əlavə edib.

Onun sözlərinə görə, təkər yanması zamanı xaric edilən maddələr çox zəhərli olur və balıq hisə verilən zaman bu, sağlamlıq üçün təhlükəlidir.

“Hisə verilmiş balıq alarkən diqqətli olmalısınız. Çünki balıq zəhərlənməsi çox zaman ağır fəsadlarla nəticələnə bilər. Balıq hisə verilən zaman tələb edilən texnologiyaya əməl edilməlidir. Kustar üsulla balıq hisə verib, satışı ilə məşğul olanlar məsuliyyətə cəlb edilməlidir”-ekspert deyib.

F. Quliyev qeyd edib ki, vətəndaşlar bu kimi hallarla qarşılaşan zaman Qida Təhlükəsizliyi Agtliyinə, Səhiyyə Nazirliyinə müraciət etməlidirlər.

Həkim Mətanət Əliyevanın sözlərinə görə, kustar üsulla hazırlanan balıq qəbul edildikdən 5 dəqiqə, yarım saat sonra qida zəhərlənməsi baş verə bilər. Əgər məhsulun tərkibində toksinlər azdırsa, zəhərlənmə bir müddət gec müşahidə edilə bilər: “Balıq orqanizm üçün faydalı məhsuldur və eyni zamanda təhlükəlidir. Bu səbəbdən də hətta təzə balıq alan zaman da diqqətli olmaq lazımdır. Əks halda balıq zəhərlənməsi ölümlə də nəticələnə bilər”.

Mənbə: www.bizimyol.info