Myanmada ordu daha iki etirazçını başından güllələdi

Myanma ordusu iki etirazçını başından güllələyərək öldürüb.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, Myanmada ordu etiraz aksiyasında iştirak edən iki nəfəri başından güllələyərək qətlə yetirib. Bu barədə fotolar sosial şəbəkələrdə yayımlanıb.
Qeyd edək ki, Myanmada ordu dövlət çevrilişi etdikdən sonra vəziyyət gərginləşməkdə davam edir. Minlərlə sakin qiyamçı orduya qarşı çıxaraq etiraz aksiyası keçirir. Ordu isə xalqa qarşı odlu silahdan istifadə edir.

Yeniavaz.com

ƏVVƏLKİ XƏBƏR

Yaddaşının 35 faizini irdi, istedadı üzə çıxdı - Dahi bəstəkar oldu

SONRAKI XƏBƏR

Arazda balıq ehtiyatları niyə azalıb? - VİDEO