Livanda aksiyalar səngimir

Livanda aksiyalar səngimir

Eastnews.org-un verdiyi xəbərə görə, Livanın paytaxtı Beyrut şəhərində dünən axşam saatlarından etibarən nümayişlərə yenidən start verilib.

Bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumatda vurğulanır ki, nümayişçilər paytaxt Beyrut şəhərindəki mərkəzi küçələrdə nəqliyyatın hərəkətini məhdudlaşdırıblar.

Polisin və digər təhlükəsizlik orqanı əməkdaşlarının nümayişçilərə bəzi küçələrdə müdaxilə etdikləri diqqətə çatdırılır.

Bundan əlavə nümayişlərin davam etdiyi də qeyd olunur.

 

Mənbə: eastnews.org