Ekvatorial Qvineyadakı hərbi bazada partlayış qurbanlarının sayı 30 nəfərə çatıb. Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, hadisə zamanı 500-dən çox insan yaralanıb.
Bundan əvvəl 17 ölü və 420 nəfərin yaralandığı bildirilmişdi.
Bu gün dağıntılar altından digər qurbanların cəsədləri çıxarılıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Xatırladaq ki, bazar günü ölkənin ən böyük şəhərlərindən biri olan Batada ard-arda güclü partlayışlar baş verib. Nəticədə demək olar ki, bütün yaşayış binaları zərər görüb, bir çoxları dağılıb.
Prezident Teodoro Obian Nqema Mbasoqo partlayışa hərbçilərin səhlənkarlığının və ordu anbarlarının yaxınlığında ocaq yandıran fermerlərin diqqətsizliyinin səbəb olduğunu deyib.
Məlumata görə, ilk partlayışın baş verdiyi hərbi şəhərciyin ərazisində xüsusi təyinatlı qüvvələrin bölmələri və hərbiləşdirilmiş jandarma yerləşib.
Pərvanə Sultanova
Mənbə: azvision.az