Tonlarla alma yola dağılıb - VİDEO

Tonlarla alma yola dağılıb - VİDEO

Qubada hərəkətdə olan yük avtomobilindən tonlarla alma yola dağılıb.

Hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Tükmənistana ixrac məqsədi ilə qablaşdırılan 20 ton alma qəfildən yolun hərəkət hissəsinə dağılıb. Hadisə nəticəsində 10 tona yaxın alma məhv olub.

İlkin versiya olaraq hadisəyə səbəb kimi avtomobilin yük yerinin örtük hissəsinin cırılması göstərilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

Mənbə: www.realtv.az