Yevlaxda yolu keçən kişini avtomobil vurdu

Yevlaxda yolu keçən kişini avtomobil vurdu

Yolu keçən 40 yaşlı kişini avtomobil vuraraq öldürüb.
Yeniavaz.com xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində baş verib. Gecə saatlarında Elnur Abbasov idarə etdiyi avtomobillə həmyerlisi 1981-ci il təvəllüdlü Samir Əliyevi vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində dünyasını dəyişib. Onun meyiti Yevlax morquna yerləşdirilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Esmira Hidayətova, Yevlax

Mənbə: www.yeniavaz.com