Somalidə institutda yanğın olub, 49 nəfər yaralanıb

Somalidə institutda yanğın olub, 49 nəfər yaralanıb

Somalinin Somaliland muxtar bölgəsinin paytaxtı Hargeys şəhərində məktəblərdən birində baş verən yanğın nəticəsində 49 nəfər yaralanıb.

“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, məlumatı Somaliland Yanğınsöndürmə Təşkilatı yayıb.

Bildiriib ki, yanğın bölgədəki Dini Araşdırma İnstitutunda baş verib. Məlumata görə, institutun yerləşdiyi 2 mərtəbəli bina məscidddə daxil olmaqla 20 otaqdan ibarətdir.

Polis yanğının səbəbini araşdırır.

 

Mənbə: pia.az