ABŞ-da polislərlə qarşıdurma yaşanıb

ABŞ-da polislərlə qarşıdurma yaşanıb

ABŞ-ın Kolorado ştatında yerləşən Boulder şəhərində fəallar və polislər arasında qarşıdurma yaşanıb.

Qarşıdurma nəticəsində 3 polis əməkdaşının yaralandığı bildirilib.

Etirazçılar polislərə qarşı plastik butulkalardan, daşlardan və digər əlavə vasitələrdən istifadə ediblər.

Aksiyalara nəyin səbəb olduğu dəqiq olaraq bilinmir.

Səlahiyyətli şəxslər qarşıdurmada iştirakçılarının məsuliyyətə cəlb olunacağına dair söz verib.

Onlar koronavirus pandemiyasının hökm sürdüyü bir zamanda baş verənləri “utancverici hadisə” adlandırıblar.

Mənbə: www.realtv.az