ABŞ-da daha 40 min nəfər koronaviursa yoluxub

ABŞ-da daha 40 min nəfər koronaviursa yoluxub

ABŞ-da son 24 saatda 40 340 nəfər koronavirusa yoluxub. “Report” xəbər verir ki, bunu ölkənin Cons Hopkins Universiteti açıqlayıb.

Məlumata görə, son sutkada 669 nəfər pandemiyanın qurbanı olub. Ümumilikdə, ABŞ-da 29 milyona yaxın şəxs koronavirusa yoluxub.

COVID-19-dan ölənlərin sayı isə 525 min nəfərdir.

Mənbə: azpolitika.info