Gədəbəyədə ağır qəza: 6 nəfər xəsarət aldı

Gədəbəy rayonunda ağır yol qəzası baş verib.

Unikal.org-un bölgə müxbirinin verdiyi məlumata əsasən hadisə rayonun Dəyirmandağ kəndində qeydə alınıb. İlkin məlumata görə, "VAZ 2107" markalı avtimobil 20 BZ 777 dövlət nömrə nişanlı "Hyundai" markalı maşınla toqquşub.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.Yaralılardan 5 nəfərin vəziyyəti yüngül, bir nəfər Gəncə şəhər sakini 1999-cu il təvəllüdlü Aynurə İsmayılivanın vəziyyəti isə qismən ağırdır.

Yaralanan şəxslər yaxınlarının məzarını ziyarət etmək üçün Gədəbəy rayonuna gedirlərmiş.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Ermənistan İrana “Boeing 737” təyyarəsi satdı - ABŞ İrəvana sanksiya tətbiq edə bilər

SONRAKI XƏBƏR

Süni intellektin son nailiyyəti bu aeroportda tətbiq edilir