İmişlidə keçmiş məhkumlar narkotiklə tutuldu

İmişlidə keçmiş məhkumlar narkotiklə tutuldu

Azərbaycanda narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizə davam edir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri, əvvəllər məhkum olunanlar - M.Ağayev və N.Zərbalı saxlanılıblar.

Şəxsi axtarışlar zamanı M.Ağayev 445 qram, N.Zərbalıdan isə 450 qram marixuana aşkar edilərək götürülüb.

Mənbə: virtualaz.org