Ekvatorial Qvineyadakı partlayışlar nəticəsində ölənlərin sayı 30-a çatıb – VİDEO

Ekvatorial Qvineyadakı partlayışlar nəticəsində ölənlərin sayı 30-a çatıb – VİDEO

Ekvatorial Qvineyada baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı 30-a çatıb.

Bu barədə “France-Presse” xəbər verir.

Ölkənin iqtisadi mərkəzi sayılan Bata şəhərindəki hərbi anbarda baş vermiş hadisədə 600 nəfərin yaralandığı bildirilir.

Xatırladaq ki, dünən axşam saatlarında Nkoa Ntoma hərbi bazası ərazisində 4 güclü partlayış qeydə alınıb.

Televiziya ilə əhaliyə müraciət edən ölkə prezidenti Teodoro Obianq Nqema Mbasaqo hadisənin dinamitlə ehtiyatsız davranış nəticəsində baş veridiyini bildirib. O, hərbi bazanın personalını diqqətsizlikdə ittiham edib.

Prezident həmçinin dünya ictimaiyyətinə müraciət edərək yardım istəyib.

Mənbə: www.oxu.az