Özünü 6-cı mərtəbədən atdı

Özünü 6-cı mərtəbədən atdı

Bakıda dünən intihar hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan 36 yaşlı kişi özünü öldürüb.

Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Salman Fərmanov martın 8-i, səhər 7 radələrində özünü yaşadığı binanın altıncı mərtəbəsində yerləşən eyvandan özünü atıb.

Faktla bağlı araşdırma aparılır.

Murad Əhməd

 

Mənbə: qafqazinfo.az