Bərdədə 25 yaşlı oğlan sevdiyi qızın ailəsi tərəfindən yandırıldığını iddia edir

Bərdədə 25 yaşlı oğlan sevdiyi qızın ailəsi tərəfindən yandırıldığını iddia edir

Bakı şəhər sakini yanıq xəsarəti ilə Bərdədə xəstəxanaya yerləşdirilib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Eyvazov Əliəhəd Mehman oğlu ağır yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Ə. Eyvazov ilkin ifadəsində sevdiyi qızın ailəsi tərəfdən yandırıldığını bildirib.

Xəstəxanadan APA-ya verilən məlumata görə, Ə. Eyvazova ilkin yardım göstərilib, ailəsi onun müalicənin davam etdirmək üçün Bakı şəhərinə aparıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Mənbə: apa.az