Türkiyədə 48 hərbçinin həbsinə dair qərar verilib

Türkiyədə 48 hərbçinin həbsinə dair qərar verilib

Türkiyə prokurorluğu Fətullah Gülən təşkilatı (FETÖ) ilə əlaqədə olan 128 nəfərin, o cümlədən fəaliyyətdə olan 48 hərbçinin həbs edilməsinə dair order verib.

Ordu.az xəbər verir ki, bu barədə “Anadolu Agentliyi” məlumat yayıb.

Məlumata görə, orderlər İzmir və Konya prokurorları tərəfindən FETÖ qruplaşmasınn silahlı qüvvələrdəki gizli şəbəkəsinin istintaqı işi ilə bağlı verilib.

Sevinc Əliyeva

Mənbə: ordu.az