Vyetnamda 2,5 milyondan çox donuz məhv edildi - SƏBƏB?

Vyetnamda 2,5 milyondan çox donuz məhv edildi - SƏBƏB?

Bakı. Trend:

Vyetnamda Afrika taunu virusu ilə əlaqədar fermalarda 2,5 milyondan çox donuz məhv edilib.

Trend-in məlumatına görə, ölkənin Səhiyyə Nazirliyi bildirib ki, “donuzların Afrika taunu” 63 əyalətin 58-də fermalarda yayılıb.

Bununla belə, Vyetnamda virusla əlaqədar fövqəladə vəziyyətin elan olunmayacağı bildirilib.

Qeyd olunur ki, bu virus kənd təsərrüfatına böyük ziyan vursa da, onun insana yoluxmaq təhlükəsi yoxdur.

Mənbə: az.trend.az