Yevlaxda qəbiristanlıqda yanğın olub

Yevlaxda qəbiristanlıqda yanğın olub

Yevlaxda qəbiristanlıqda yanğın olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Qarxun kənd qəbiristanlığında baş verib. Yanğın qəbiristanlığın geniş ərazisini əhatə edib.

Alovun söndürülməsi üçün əraziyə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub.

Mənbə: apa.az