Bakıda gənc oğlandan 6 qadına qarşı CİNAYƏT

Bakıda gənc oğlandan 6 qadına qarşı CİNAYƏT

Bakıda oğurluq əməlləri törətmiş şəxs tutulub.
News24.az-ın məlumatına görə, paytaxt sakini Kərimov Anar Əli oğlunun müxtəlif vaxtlarda bir neçə dəfə oğurluq etdiyi məlum olub. Onun qurbanlar isə qadınlar olub. Anar Kərimov ümumilikdə 6 gənc qadının çantasını, pulunu və digər qiymətli əşyalarını oğurlayıb.
Onun barəsində Sabunçu Rayon Polis İdarəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci, yəni təkrar oğurluq əməli törətmə maddəsi ilə iş açılıb.
Cinayət işi üzrə araşdırmalar aparılır.

 

Mənbə: news24.az