Gəncədə xəstəxananın qarşısına meyit atıb qaçdılar

Gəncədə xəstəxananın qarşısına meyit atıb qaçdılar

Gəncədə Təcili Tibbi Yardım Xəstəxanasının girişinə naməlum kişi meyiti atılıb.

“Qafqazinfo” xəbər verir ki, xəstəxananın reanimasiya şöbəsinin girişində “Vaz 21 07” markalı avtomobildə 20-30 yaş arası kişinin meyiti aşkarlanıb.

Meyiti gətirənlər qaçıblar.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

Mənbə: qafqazinfo.az