Yaponiyanın şimal hissəsinin əhalisi sunami təhlükəsi səbəbindən təxliyə edilir

Yaponiyanın şimal hissəsinin əhalisi sunami təhlükəsi səbəbindən təxliyə edilir

 

Yaponiyanın hakimiyyət orqanları 6,8 bal gücündə zəlzələdən sora ölkənin şimal hissəsinin sahilyanı rayonlarının sakinlərini təxliyə etməyə başlayıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiyanın meteoroloji xidmətləri ölkənin şimal rayonlarında bir metr hündürlüyündə sunami təhlükəsi elan edib. Əhaliyə dəniz və çay sahillərinə yaxınlaşmamaq tövsiyə olunur.

Zəlzələ nəticəsində xəsarət alanlar, yaxud dağıntılar olub-olmaması barədə hələlik məlumat verilmir.

 

Mənbə: azertag.az