Gecə klubundan çıxan erməni hərbçilər qəzaya düşüb - DETALLAR

Gecə klubundan çıxan erməni hərbçilər qəzaya düşüb - DETALLAR

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Qeğarkunik vilayət məhkəməsində Z.Qurgenin işi üzrə məhkəmə prosesi sona çatıb.

Hadisə baş verən vaxt ittiham edilən 21 yaşlı Z.Qurgenin sıravi rütbəsi ilə müqaviləli hərbi qulluqçu olduğu bildirilir. Ona qarşı ölümlə nəticələnən avtomobil qəzası törətdiyinə görə, ittiham irəli sürülüb.

Beləliklə, 2018-ci il noyabrın 19-da, saat 00:03-00:04 radələrində idarə etdiyi “Opel Astra” markalı avtomobillə Çəmbərək-Draxtik-Tsovaqyux yolunun 6-cı km-liyində Çəmbərək şəhər istiqamətinə hərəkət edərkən, yolun şəraitini nəzərə almayaraq avtomobili lazımi səviyyədə idarə etməyi bacarmayıb.

Bununla da yol hərəkət qaydalarının müvafiq tələblərini pozmaqla yolun hərəkət hissəsindən çıxaraq, diqqətsizlikdən qəza törədib. Nəticədə avtomobildə olan sərnişin K.Arsen aldığı xəsarətlərdən vəfat edib. Z.Qurgen ilkin araşdırma zamanı özünü təmamilə günahkar hesab etsə də, məhkəmədə izahat verməkdən imtina edib. O, ilkin istintaqa verdiyi izahatda bildirib ki, 2018-ci il noyabrın 18-də saat 22:00 radələrində dostları 23 yaşlı Arsen, 27 yaşlı Davit, 16 yaşlı Melsik, 15 yaşlı Robertlə birgə idarə etdiyi “Opel Astra” markalı avtomobillə Hrazdan şəhərində fəaliyyət göstərən “Katalina” gecə klubunda əylənməyə gediblər.

2018-ci il noyabrın 19-da gecə saat 02:00 radələrində gecə klubundan çıxaraq, Çəmbərək şəhərinə hərəkət ediblər. O, avtomobili 100 km/saat sürətlə idarə etdiyini təsdiqləyib. Yanacağa qənaət etmək məqsədi ilə Çəmbərək döngələrində avtomobili “xolostoy” idarə etdiyini təsdiqləyib.

Döngələrdən birində həyəcanlanaraq, idarəetməni itirdiyini və avtomobili aşırdığını bildirib. Qəza nəticəsində sərnişinlərdən biri K.Arsen ölüb. Zərərçəkənin varisləri 1 milyon 500 min dram dəyərində dəfn xərci olaraq iddia irəli sürüb.

Digər 2 azyaşlı sərnişinlər qəza zamanı yatıb. Sərnişinlərdən K.Davit bildirib ki, hərəkət sürətinin yüksək olduğu barədə sürücü Z.Qurgeni xəbərdar etsə də əhəmiyyəti olmayıb. Məhkəmə sürücü Qurgeni ölümlə nəticələnən yol hərəkət qaydalarını pozmaqda günahkar bilərək 2 il müddətinə sürücülük hüququndan və azadlıqdan məhrum edib.

Eyni zamanda zərərçəkənin xeyrinə 1 milyon 500 min dram ödənilməsinə qərar verilib. Qərarın hadisəni törədən sürücü Qurgenin saxlanıldığı gündən hesablanacağı bildirilir.

Alpər Mövludoğlu

Mənbə: ordu.az