“Əhalini dövlətdən narazı salmağa çalışırlar” – Əhməd Şahidov Qaxdakı içməli su problemindən yazdı

“Əhalini dövlətdən narazı salmağa çalışırlar” – Əhməd Şahidov Qaxdakı içməli su problemindən yazdı

Xəbər verildiyi kimi, artəq 4-5 gündür ki, Qax rayonunda yerli əhali içməli suya həsrət qalıb. Qax şəhəri və kəndlərdə ciddi su böranı yaşanır. Bununla bağlı sosial şəbəkələrdə narazılıqlar səslənməkdədir. Yerli icra orqanları hələ ki, bununla bağlı hər hansı açıqlama verməyib.

Hazırda Almaniyada işgüzar səfərdə olan tanınmış hüquq müdafiəçisi Əhməd Şahidov Qaxdakı içməli su problemi ilə bağlı özünün Facebook səhifəsində qeyd edib: "Qax rayonunda – şəhər mərkəzində və kəndlərdə 4-5 gündür ki, su gəlmir, sakinlər narazılıq edirlər, əziyyət çəkirlər. Amma yerli icra orqanlarının heç vecinə deyil sanki.
Bir nəfər çıxıb hər hansı açıqlama vermir ki, nəyə görə su gəlmir, hansı işlər görülür və nə vaxt gələcək…
Sanki rayonda kimsə bilərəkdən yerli əhalini dövlətdən narazı salmağa çalışır…”

 

 

Mənbə: www.7news.az