Malidə silahlı hücum: ən az 38 insan həlak olub

Malidə kəndlərə silahlı şəxslər tərəfindən edilmiş hücum nəticəsində ən az 38 adam həlak olub, üçü yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Agence de Presse du Mali" agentliyi xəbər verib.

Məlumata əsasən, silahlılar mal-qara ələ keçirib və bir neçə ev yandırıblar.

Ehtimal edilir ki, eyni xadimlər Yoro yaşayış məntəqəsində yük maşınına hücum edib. Hücum nəticəsində 14 nəfər öldürülüb.

Hücumun dəqiq səbəblərini öyrənmək üçün hadisə yerinə əlavə qüvvələr göndərilib.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Bərdədə Prezidentin SƏRƏNCAMI ilə ayrılmış subsidiyanı NİYƏ VERMİRLƏR?

SONRAKI XƏBƏR

Ərdoğan İmamoğlunu Hədələdi:"Sən seçkidən sonra mütləq cavab verəcəksən"