Hindistanda bir gündə 115 mindən çox yoluxma

Hindistanda bir gündə 115 mindən çox yoluxma

Hindistanda son bir gündə virusa rekord yoluxma qeydə alınıb.

Belə ki, gündəlik yoluxanların sayı 115 mini ötüb. 630 nəfər isə virusdan ölüb. Bundan sonra ölkənin böyük şəhərlərində-Yeni Delhi və Mumbaida komendant saatı tətbiq edilib. Ötən gün isə virusa 103 mindən çox insan yoluxmuşdu. Hindistanda indiyədək virusdan 166 mindən çox insan vəfat edib. Yoluxma sayına görə Hindistan ABŞ və Braziliyadan sonra gəlir. Virusa yoluxanların ümumi sayı 12 milyonu ötüb. 85 milyon insana vaksinin birinci dozası vurulub. Onlardan yalnız 11 milyonu tam vaksinasiya edilib. Virusa yoluxanların yenidən artması səbəbiylə ölkə peyvənd ixracatını təxirə salıb.

Qeyd edək ki, Hindistan indiyəqədər dünyanın müxtəlif yerlərinə 64 milyondan çox doza vaksin göndərib.

Mənbə: www.realtv.az