Pakistanda partlayış nəticəsində 3 nəfər ölüb

Pakistanda partlayış nəticəsində 3 nəfər ölüb

Pakistanın Karaçi bölgəsində pizza restoranlarının birində qaz balonu partlayıb.

Hadisə nəticəsində 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxayana aparılıb. Onların müalicəsi davam etdirilir.

Hadisənin ehtiyatsızlıq üzündən baş verdiyi ehtimal edilir.

Partlayışın təsirindən yaxınlıqdakı mağazalara və maşınlara böyük ziyan dəyib.

Mənbə: www.realtv.az