ABŞ SS generalını necə qoruyub?

ABŞ SS generalını necə qoruyub?

ABŞ və Almaniya İkinci Dünya müharibəsində SS generalı Frans Yozef Huberi istintaqdan yayındırıb.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti məlumat yayıb.
Məlumata görə, Huber SS xüsusi xidmət orqanında olduqca yüksək vəzifə tutub. Bundan başqa o, gizli polis xidməti olan Gestaponun bir şöbəsinə də rəhbərlik edib. Huber Gestaponun Vyanadakı bölməsində işlədiyi zaman yəhudi disidentlərin axtarışı ilə məşğul olub. Onun işlədiyi dövrdə 70 minə yaxın Avstriya yəhudisi qətlə yetirilib.
Müharibədən sonra ABŞ hərbçiləri tərəfindən həbs olunan Huber 1948-ci ildə azadlığa çıxıb. 1955-ci ildə isə o, alman kəşfiyyat orqanı olan BND-də çalışıb.
Huber 1975-ci ildə vəfat edib və ölənə kimi Almaniya hökumətindən pensiya alıb.

Mənbə: teref.az