Azərbaycanda 54 yaşlı şəxs özünü binadan ataraq intihar etdi

Azərbaycanda 54 yaşlı şəxs özünü binadan ataraq intihar etdi

Gəncədə 54 yaşlı şəxs özünü beşmərtəbəli binanın dam örtüyündən ataraq intihar edib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə F.Əmirov küçəsində baş verib.

Şəhər sakini 1967-ci il təvəllüdlü Razim Qurbanov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə Gəncə şəhər Baş Polis İdarəsi və prokurorluq əməkdaşları cəlb olunublar. Hələlik mərhumun hansı səbəbdən intihar etdiyi məlum deyil.

 

Mənbə: baku.ws