Şimali İrlandiyada üsyançı qruplar etiraz aksiyası keçiriblər

Şimali İrlandiyada üsyançı qruplar etiraz aksiyası keçiriblər

Şimali İrlandiyada üsyançı qruplar etiraz aksiyası keçiriblər.

XeberOxu.Az xəbər verir ki, Belfast və Derri şəhərlərində, həmçinin Antrimdə bölgənin Birləşmiş Krallığın tərkibində qalmasını istəyən üsyançı qruplarla polis arasında şiddətli toqquşmalar baş verib, avtomobillərə od vurulub və barrikadalar qurublar.

Ötən cümə günü başlayan hadisələrdə 41 polis əməkdaşı yaralanıb, 10 üsyançı isə həbs olunub.

Həmçinin gərginliyin arxasında duran məqamlardan biri də Krallıq ilə Avropa İttifaqı (Aİ) arasında “Brexit” razılaşmasının yaratdığı qeyri-müəyyənlikdir.

Şimali İrlandiya rəhbərliyi hadisələri müzakirə etmək üçün bu gün fövqəladə iclas keçirib.

Mənbə: www.xeberoxu.az