Terrorçular Mozambikdə 12 əcnəbini qətlə yetiriblər

Terrorçular Mozambikdə 12 əcnəbini qətlə yetiriblər

Mozambikin şimalında yerləşən Palma şəhərində terrorçular tərəfindən başları kəsilmiş 12 əcnəbinin cəsədi tapılıb.

XeberOxu.Az xəbər verir ki, bu barədə Times nəşri polis orqanlarına istinadla məlumat yayıb.

Martın sonlarında İŞİD terror qruplaşması Mozambikin kiçik Palma şəhərinə hücum edib. Təxminən bir həftədən sonra şəhər silahlıların əlinə keçib. Lakin aprelin 2-də Mozambik polisi Palmanın terrorçulardan təmizləndiyini xəbər verib.

Başları kəsilmiş əcnəbilərin cəsədləri şəhərdəki otelin yaxınlığında aşkarlanıb. Qətlə yetirilən şəxslərin milliyyəti barədə hələlik məlumat yoxdur.

“Onlar ümumilikdə 12 nəfərdir. Hamısı əcnəbidir. Hansı millətdən olduqlarını bilmirəm, amma onlar ağdərilidir. Onların başı kəsilib, əlləri bağlı olub”, - deyə polisin nümayəndəsi bildirib.

Mənbə: www.xeberoxu.az