Şirvanda avtomobil divara çırpılıb, sürücü ağır xəsarət alıb

Şirvanda avtomobil divara çırpılıb, sürücü ağır xəsarət alıb

Axşam saatlarında Şirvanda köhnə şəhər massivində yol qəzası qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, “VAZ 21015” markalı avtomobili idarə edən Sabirabad rayonunun Şıxsalahlı kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynzadə Abbas İmran oğlu idarəetməni itirərək avtomobili divar çırpıb.

Nəticədə sürücü kəllə-beyin travması ilə Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Mənbə: apa.az