Suriyanın şərqində İŞİD məhbuslarının olduğu həbsxanaya hücum edilib, ölənlər var

Suriyanın şərqində İŞİD məhbuslarının olduğu həbsxanaya hücum edilib, ölənlər var

Suriyada Fərat çayının şərqində ABŞ və separatçı kürd bölmələrinin nəzarətində olan həbsxanaya hücum edilib...

Suriyada Fərat çayının şərqində ABŞ və separatçı kürd bölmələrinin nəzarətində olan həbsxanaya hücum edilib. İŞİD üzvlərinin saxlanıldığı bu həbsxanaya hücum zamanı azı 5 nəfər ölüb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Suriyanın Həsəka əyalətinin əl-Kəbiba bölgəsində İŞİD məhbuslarının saxlanıldığı həbsxanaya hücum edilib.

 

Məlumata görə, hücüm, İŞİD üzvlərinin ABŞ qüvvələri tərəfindən bu həbsxanadan köçürülməsi və başqa yerə aparılması zamanı baş verib.

 

Hücum nəticəsində kürd bölmələri üzvlərindən iki nəfər, hücum edənlərdən isə 3 nəfər ölüb.

 

Məlumata görə ABŞ İŞİD üzvlərini başqa istiqamətə aparıb.

 

Suriya hökumət mənbələri son dövrlərdə iddia edirlər ki, ABŞ İŞİD üzvlərindən hökumət qüvvələrinə hücum üçün istifadə edir.

 

Mənbə: www.interaztv.com