Avtobusla benzindaşıyan maşın toqquşdu, 18 nəfər külə döndü - VİDEO

Avtobusla benzindaşıyan maşın toqquşdu, 18 nəfər külə döndü - VİDEO

Misirdə baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 22 nəfər həyatını itirib.

Bu barədə “Al Shorouq” nəşri məlumat yayıb.

İlkin məlumata görə, Assiut - Qırmızı dəniz magistral yolunda sərnişin daşıyan avtobus benzindaşıyan maşınla toqquşub.

Toqquşma nəticəsində avtobus tamamilə yanıb. İnsident nəticəsində yalnız dörd nəfər sağ qalıb.

 

Mənbə: www.oxu.az