Moskvada son 59 ilin rekord temperaturu qeydə alınıb

Moskvada son 59 ilin rekord temperaturu qeydə alınıb

Moskvada son 59 ilin ən isti temperaturu qeydə alınıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, yerli vaxtla saat 15:00-da Rusiya paytaxtında havanın temperaturu 21,5 dərəcəyə yüksəlib.

“Fobos” hava mərkəzinin əməkdaşlı Yevgeni Tişkovetsin bildirdiyinə görə, bu rekord temperatur hesab olunur.

O vurğulayıb ki, sonuncu dəfə 1962-ci ilin aprel ayında meteoroloqlar 20,8 dərəcə temperatur qeydə alıblar.

Mənbə: apa.az