Bu ölkədə 20 şagird yanaraq öldü

Nigerin paytaxtı Niameydə məktəb binasında baş vermiş güclü yanğın nəticəsində 20 şagird yanaraq ölüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yerli mətbuat taxtadan tikilmiş ibtidai məktəbin 21 sinif otağının alova büründüyünü, azyaşlıların çoxunun xilas edildiyini yazıb. Niameyin Pas Bas rayonunun yanğınsöndürənləri alovu söndürməkdə çətinlik çəkiblər. Nigerin Təhsil Nazirliyi məktəbdə 800 şagirdin təhsil aldığını bildirib.

Baş nazir Ohumodu Mahamadu yanğının baş verdiyi məktəbə gələrək həlak olan uşaqların ailələlərinə başsağlığı verib.

Qeyd edək ki, BMT İnkişaf Proqramının məlumatına görə, Niger dünyanın 189 ölkə arasında ən yoxsul dövlətdir.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Bu məşhurlar hazırda tamam fərqli sahədə işləyirlər - FOTOLAR

SONRAKI XƏBƏR

Azərbaycanda daha bir tanınmış koronavirusdan öldü - FOTO