Ata qızına dəhşət yaşatdı: Hündürdən atmaq istədi - Körpə yalvardı! + Video

Ata qızına dəhşət yaşatdı: Hündürdən atmaq istədi - Körpə yalvardı! + Video

Türkiyədə saat 12.00 radələrində mərkəz Seyhan mahalının “Tellidere” məhəlləsində qandonduran hadisə baş verib.

"Sherg.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, evdəki gül qabları və bankaları atan Mustafa A.-nı görənlər polisə məlumat veriblər. Xəbər verildikdən sonra ünvana polis və sağlamlıq qrupları sövq edilib.

Mustafa qızı Elanın qanından axarsa, ona yazılan cadunun pozulacağını deyib.

Qorxan balaca qız “Ata, xahiş edirəm məni atma. Gəl evə, gəl anamın yanına gedək, ata ”deyərək ağlayıb.

Bir müddət sonra Mustafa A-nın qayınatası Mehmet Y. hadisə yerinə gəlib.

Mustafa A. qayınatasının dama çıxmasına icazə verərkən ətrafa toplaşan məhəllə insanları nə baş verdiyini izləməyə toplaşıb.

Mehmet Y. bir anlıq yayındırma fürsətindən istifadə edərək kürəkəninin əlindən nəvəsi Elanı qurtara bilib. Gözləyən polis qrupları, gözyaşardıcı qaz ilə zərərsizləşdirilən Mustafa A-nı nəzarətə götürüb.

Mustafa A-nın bir müddət psixoloji problem yaşadığı və evdəki əşyaları sındırdığı bildirilib. Onun dünən axşam mətbəxdəki qazı açdığı və həyat yoldaşı Eda A.-ya "Cənnətə gedəcəyik" dediyi də iddia edilir.

Qızı Elanı götürərək təcili yardıma qaçan Eda A. göz yaşlarına boğulub. Evdən çıxarılan qızın atası Mustafa ifadə vermək üçün polis bölməsinə aparılıb.

Mənbə: sherg.az