Somalidə avtobus partladılıb - 17 ölü

Somalidə avtobus partladılıb - 17 ölü

Somalinin paytaxtı Moqadişo yaxınlığında sərnişinlərin olduğu avtobus partladılıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 17 nəfər həlak olub.

Qeyd olunur ki, avtobus minaya düşüb.

Hadisə ilə bağlı araşdırma aparılır. Hələlik, məsuliyyəti üzərinə götürən olmayıb.

Mənbə: az.trend.az