Sumqayıtda avtoxuliqanlıq edən sürücünü məhkəmə bu qaydada cəzalandırdı

Sumqayıt şəhərində avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsindən Xeberle.com-a verilən məlumata görə 90-BB-525 qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Hüseynov Ümid Bəhruz oğlu Sumqayıt şəhər Koroğlu prospektində hərəkət edərkən dəfələrlə manevr qaydalarını kobud şəkildə pozub. Bununla yanaşı svetoforun qırmızı işığında hərəkət edərək digər sürücülərə təhlükəli anlar yaşadıb.

Bu əməli törədən sürücü Sumqayıt şəhər Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb və barəsində toplanılmış materiallar Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Hüseynov Ümid Bəhruz oğlunun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla barəsində 500 manat cərimə tətbiq edilib.

 

Xeberle.com

ƏVVƏLKİ XƏBƏR

Təşkilatlarda işçilərin sayı 50-dən çox olduqda əməyin mühafizəsi xidməti yaradılmalıdır

SONRAKI XƏBƏR

Avropada anbarlara qaz vurulması yubanır