Sumqayıtda özünü dənizə atmaq istəyən şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN ) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri ərazisində 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Vətən müharibəsində ağır travma alan qazinin ailəsi danışdı - VİDEO

SONRAKI XƏBƏR

Məktəbli qızlar dava saldı - FOTO