Rusiyada azərbaycanlı reperə 4 il həbs cəzası istənildi - FOTO

Rusiyada azərbaycanlı reperə 4 il həbs cəzası istənildi - FOTO

Qəza nəticəsində bir neçə nəfərin sağlamlığına zərər vurmaqda günahlandırılan azərbaycanlı reper Elmin Quliyevlə bağlı məhkəmə prosesi davam etdirilib.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, müzakirə zamanı prokuror ona dörd ildən çox həbs verilməsini istəyib.

“Prokuror 4 il 4 ay müddətinə həbs tələb edir”. Moskvanın Xamovniçeski məhkəməsinin mətbuat katibi bu barədə ətraflı məlumat yayıb. Xəbərdə o da deyilir ki, Quliyev qurbanlarına mənəvi ziyana görə və müalicə xərcləri üçün 1,5 milyon rubl məbləğində vəsait ödəməyə hazır olduğunu açıqlayıb.

Xatırladaq ki, 21 sentyabr 2020-ci ildə Moskvada yol kəsişməsində Infinity və Mersedes toqquşub. Yol qəzası nəticəsində dörd nəfər yaralanıb, onlardan üçü xəstəxanaya yerləşdirilib. İstintaqa görə, sürücü Quliyev həddindən artıq sürətlə işıqforun qırmızı işığında hərəkət edib. Qəza zamanı azərbaycanlı reperin sərxoş olduğu da məlum olub.

Repçiyə qarşı cinayət işinə xüsusi qaydada baxılır.

Rəsmiyyə Şərifova,

Mənbə: konkret.az